Kamran Əliyev: "Ermənistan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı məlumat verməkdən yayınır"
Ermənistan I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məlumat verməkdən yayınır və məsuliyyəti üzərlərindən atmağa çalışırlar.
“Report” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.
Onun sözlərinə görə, I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də onlara müraciət edir: “Mən ermənistanlı həmkarımla görüşdə dəfələrlə bu məsələni qaldırmışam. Amma təəssüflər olsun ki, onlar bundan yayınır və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Lakin biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyənləşdirilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ