Kamal Kılıçdaroğluna Ankarada hücum etdilər - VİDEO, FOTOLAR
Qəzəbli kütlə onu döymək istəyib
Türkiyənin ana müxalifət gücü, Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu bu gün paytaxt Ankaranın Çubuk rayonunda qatıldığı cənazə mərasimində hücuma məruz qalıb.
Kamal Kılıçdaroğlu dünən Hakkari vilayətində, İraqla sərhəddə PKK terror təşkilatının şəhid etdiyi 4 əsgərdən biri, əsgər Yener Kırıkçının dəfn mərasiminə qatılıbmış.
Cənazə namazının qılınmasından dərhal sonra bir qrup şəxs CHP sədrinə əvvəlcə sözlə etiraz edib, daha sonra isə onu vurmağa cəhd edib.
Kılıçdaroğlu polis və jandarmanın köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb və dəfn mərasiminə yaxın bir evə götürülüb. Burada polis evin ətrafındakı qəzəbli kütləni dağıtmaq üçün tədbirlər görüb.
Ankara valililyi isə hadisə ilə bağlı cinayət işinin başlandığını və günhakar şəxslərin tapılıb cəzalandırılacağını bəyan edib.
Musavat.com

ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı