Kamal Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, millət vəkili Kamal Kılıcdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana 95 min türk lirəsi (20 min dollar) təzminat ödəyəcək.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu R.T.Ərdoğanın vəkili Hüseyn Aydın bildirib.
Məlumata görə, K.Kılıcdaroğlu çıxışlarından birində Türkiyə prezidenti və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb.
R.T.Ərdoğan CHP liderinin iddiası ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə bu iddia və “Man adası” işləri ilə bağlı K.Kılıcdaroğlunun Türkiyə prezidentinə 197 min türk lirəsi məbləğində təzminat ödəməsi haqqında qərar qəbul etmişdi.
Bundan başqa, K.Kılıcdaroğlu partiyasının 35-ci qurultayında və parlamentdəki fraksiyasının toplantısında R.T.Ərdoğanı sərt sözlərlə təhqir etdiyi üçün məhkəməyə verilmişdi. Məhkəmə bu işlə bağlı K.Kılıcdaroğlunun R.T. Ərdoğana 25 min türk lirəsi məbləğində təzminat ödənilməsi barədə hökm çıxarmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putin Azərbaycana yeni səfir təyin etdi - FOTO
Əli Əhmədov: "İlham Əliyevin dövründə 1,9 milyon iş yeri açılıb"
Azərbaycana qarşı fəallaşan paytaxtlar - “işarəni” haradan gözləməli...
İlham Əliyevdən yeni - TƏYİNAT
Həsən Ruhani: “İranla müharibə bütün savaşların anasıdır”