“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı - Video
Bakıda karantin rejimini pozan daha bir restoran aşkarlanıb.
“Minval.info” Real TV-yə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumatı yoxlamaq üçün getdikləri “Kaktus” restoranında qonaqlıqla qarşılaşıblar.
Məlum olub ki, restoranın sahibi Cavad Cavadov karantin qadağalarına məhəl qoymadan yeyib-içən dostlarını yanına dəvət edib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 200 manat məbləğində cərimə olunublar.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır.
https://www.youtube.com/watch?v=HR3baxDjx5I&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"