Kaan Urqancıoğlu içkili vəziyyətdə müxbirləri hədələdi - Video

Aktyor Kaan Urqancıoğlu ötən gecə məkanların birində içkili şəkildə görüntülənib.
Minval.info xəbər verir ki, alkoqol qəbul etdiyini açıqlayan aktyor müxbirlərə açıqlama verə bilməyəcəyini sərt şəkildə bildirib. Bu zaman jurnalislərin çəkilişi davam etmələrinə əsəbiləşən Kaan müxbirlərdən biri ilə mübahisə yaşayıb.
“Spirt qəbul etmişəm, açıqlama verməyəcəyəm. 2 saatdır məni gözlədiyinizi bilirəm. Menecerlərimlə şam yeməyinə gəldim. Nə soruşmaq istəyirsənsə, səhər məndən soruşun. Bu saatda məndən açıqlama ala bilməzsiniz” – deyə, Kaan onu çəkməmələrini istəyib.
Müxbir isə orada yalnız ona görə olmaqdıqlarını, digər sənətçiləri də çəkəcəklərini bildirib. O, Kaana açıqlama verib-verməməkdə sərbəst olduğunu da əlavə edib.
Daha sonra aktyor operatorlardan birinin tutduğu kameranın obyektivini əli ilə örtərək çəkimə mane olub. Bu hərəkətinə görə ona cavab qaytaran müxbirin adını, kimin üçün işlədiyini soruşub və cavab aldıqdan sonra oradan uzaqlaşıb.
Qeyd edək ki, Kaan hazırda reytinqlərdə ilk sırada yer alan “Yargı” serialında baş rollardan birini canalandırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Leyla Şıxlinskaya uzun fasilədən sonra səhnədə
Tünzalə Ağayeva və Nəsimidən möhtəşəm duet təqdimatı
Niyaməddin Musayevdən sağlamlıq sirri: Hər səhər idman!
Flora Kərimova: Afətlə barışmadım, yalan xəbərdir!
Porsche Cayenne üçün simsiz şarj Avropada satışda
Süni intellekt: Təhlükəsizlik və tənzimləmə çağırışları!
Yeni Sumqayıtda mənzillər: 12 000 manatdan başlayan fürsətlər!