Kərbəlada Azərbaycan şəhidləri yad edildi - FOTOLAR
Bu günlərdə dünyanın müxtəlif ölkələrindən olan müsəlmanlar İraqın Kərbəla şəhərinə yola düşür. Onlar Həzrəti Hüseynin məzarını ziyarət etmək məqsədilə müqəddəs torpaqlara səfər edirlər.
Minval.info xəbər verir ki, həmçinin Azərbaycanın inanclıları ziyarətgaha üz tutub. Məşədi Dadaş Məscidinin imamı, ilahiyyatçı Şahin Həsənli də zəvvarların sırasındadır.
Onun və iştirakı ilə Kərbəla şəhərində yerləşən “İmam Hüseyn” məscidində dini məclis təşkil edilib. İlahiyyatçı və digərləri çıxış zamanı Vətən uğrunda canından keçən Azərbaycan qəhrəmanlarını yad edib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bundan əlavə, ziyarət səfərini həyata keçirən turizm şirkəti tərəfindən hazırlanmış köynəklərə Qarabağ savaşlarında həlak olan şəhidlərin rəsmləri həkk edilib. Eyni zamanda onların bir neçəsinin şəkillərinin yer aldığı banner hazırlanıb.
Sözügedən addım insanlar tərəfindən rəğbətlə qarşılanıb və təqdir olunub.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar