“Kəmalə sevgilisi haqda deyilənləri nə təsdiq, nə də inkar etməyibsə,” – Ayan
Müğənni Ayan Babakişiyeva “Maşın” şouda həmkarı Fuad Musayevin onu şəxsi həyatı ilə “vur”masına münasibət bildirib.
Musavat.com-a açıqlama verən ifaçı qeyd edib ki, F. Musayevlə əlaqə saxlamır: “Onunla münasibətimiz əvvəl necə idisə, indi də elədir. Heç vaxt şəxsi həyatımla gündəmə gəlmək istəməmişəm. Əgər bir insan öz ayağı üzərində durursa, deməli, güclüdür. Şoudan sonra insanların məni daha çox sevdiyinin şahidi oldum. Xüsusilə qadınlar tərəfimi saxladılar”.
İfaçı müğənni Rəqsanənin şouda iştirakçı olan Kəmalə Piriyevanın şəxsi həyatı haqqında verdiyi açıqlamalardan da danışıb:
“Kəmaləni çox istəyirəm. O bu müddətə qədər susubsa, şəxsi həyatı haqqında deyilənləri nə təsdiq, nə də təkzib etməyibsə, deməli, həqiqət deyil”.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılova aparıcı Kəmalə Piriyevanın sevgilisinin restoranı və klinikası olduğunu bildirmiş, onun pulu sayəsində “Maşın” şouda avtomobili qazanacağını iddia etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!