30.01.2018 - 15:45
Maqazin
1 baxış
Jurnalist: "Ərindən boşanan müğənni sinəsini açanda..." - VİDEO
“Bizim insanların musiqi zövqünə təcavüz etdilər”. Minval.İnfo xəbər verir ki, bunu “Space” televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə yayımlanan “Yerimdəyəm” verilişində jurnalist Seymur Verdizadə bildirib:
“Təəssüflər olsun ki, indi peşəkar musiqilər yox dərəcəsindədir. Bayağı mahnılar bunları əvəz edir. 2010-cu ildən bu prosses daha da ağırlaşdı. İlk növbədə bəzi müğənnilər xalqımızın musiqi zövqünü korlamağa nail oldular. Bizim insanların zövqünə təcavüz etdilər. Buna səbəb isə onlara musiqi yox, toy lazımdır”.
Seymur Verdizadəyə dəstək olaraq müğənni Emil Bədəlov belə deyib:
“Bugünki gündə bayağı mahnılar üstünlük təşkil edir. Hazırda Hüseynağa Hacıyev, Şövkət Ələkbərovanın mahnıları gənclərə maraqlı deyil. Gərək loru-loru sözlərlə mahnı olsun dillərə düşsün. Sovet dövründə olduğu kimi, hazırda da bayağı musiqilərə senzura qoyulmalıdır. İndi oxuyanlar hədsiz dərəcədə çoxalıb. Kimin ürəyi nə istəyirsə oxuyur”.
Məsələyə müdaxilə edən aparıcı Çingiz Əhmədov bildirib ki, bir qarın çörəyə görə və yaxud kontur puluna görə, toya gedib oxuyurlarsa, bu “müğənnilərdən” nə gözləmək olar?.
Jurnalist Seymur Verdizadə diqqətə çatdırıb ki, əvvəl oxumaq deyəndə gənclərin ağlına kitab gəlirdisə, hazırda bu mikrafonla əvəzlənib: “Kim öz sahəsində uğur qazana bilmirsə, hansı qadın ərindən boşanırsa, əlinə mikrafon alıb oxumağa başlayır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“İnsan bir-birini bu qədər sevməz”
19.11.2021 - 13:52
Azərbaycanlı müğənni azan oxudu – VİDEO
22.02.2018 - 17:55
"Afaq Gəncəlidən artıq olacaqsınız?" - Prodüserdən aparıcılara
30.03.2022 - 15:55
"Əgər həyat yoldaşım boşanma ərizəsi yazmasaydı..." - Lalə
15.12.2019 - 11:30
Talıb Tale nişanlısının fotolarına görə özündən çıxdı - VİDEO
08.05.2018 - 09:53
Nura Surinin yaşadığı binada yanğın
06.02.2020 - 10:30
“Bir həftə sonra 1000 manatı gətirib verəndə dedi ki...”
08.06.2020 - 11:27