Jurnalist Fuad Abbasovla bağlı yeni məlumat
Rusiyada həbs olunan jurnalist Fuad Abbasov Azərbaycana, əvvəlcədən bildirildiyi kimi, mayın 28-də deportasiya olunmayacaq.
Bu barədə ONA-nın Moskva bürosuna açıqlamasında Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib.
Onun sözlərinə görə, Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərardan yuxarı instansiya məhkəməsinə şikayət verildiyi üçün onun deportasiyası qeyri-müəyyən vaxta qədər təxirə salınıb: “Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Şəhər Məhkəməsinin qərarından Moskva Vilayət Məhkəməsinə apellyasiya şikayəti vermişik. Hələlik ilkin məhkəmə iclasının vaxtı təyin olunmayıb. Ancaq bu şikayətə baxıldıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiyasının qanuni olub-olmayacağı barədə qərar verəcək”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda