“İTV-də torbamı tikdilər...” - Murad Arif həm əsəbləşdi, həm öyündü
“İsrailin mahnısı martın 12-si “Youtube”a atıldı. Klipə baxıb, digərlərini dinləmədən onun qalib olacağını demişəm. Sizcə, bir adam hər il qalibi düzgün tapırsa, buna nə ad vermək olar?”
Minval.info xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif “Eurovision-2018” müsabiqəsinin qalibi barədə fikirlərini bildirərkən deyib.
Onun deməsinə görə, çoxu gözəl bilir ki, Azərbaycanda 1 nömrəli “Eurovision” mütəxəssisi Murad Arifdir:
“Amma mənim İTV-də “Eurovision” tok-şoularında iştirakımı əngəlliyirlər… Nədir bu adamlarda qorxunun səbəbi? Halbuki, bu müsabiqənin ilk şərhçisi, ilk verilişlərinin hazırlayanı, işlətdiyiniz “Avroviziya” kəlməsinin müəllifi də mənəm. Zamanında o layihədən torbamı pambıqla tikdilər. Nə isə.. Bu ölkədə mütəxəssislər, işi, janrı, təhlili bilən adamlar heç kəsə lazım deyil sanki…”
Qeyd edək ki, sonuncu yarışmada İsraili təmsil edən Netta Barzilainin “Toy” mahnısı ilə birinci olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!