İtləri döyüşdürənlərin kimliyi müəyyənləşdi
Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib: “Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Yekun qərar olduqda, ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində Mətləb adlı şəxsin “Pitbull” fermasında it döyüşləri təşkil etdiyi bildirilirdi. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO