İtkin düşən idmançılardan xəbər var
“Neft Daşları yaxınlığında tapılan meyitlər 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirliyə məxsusdur”.
Minval.İnfo xəbər verir ki, bu barədə GoldNews.Az-a itkin düşən gənclərin yaxınları məlumat veriblər. Bildiriblər ki, bu barədə müvafiq qurumlardan hər iki gəncin ailəsinə məlumat verilib.
Bildiriblər ki, onların tapılması barədə məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.
Qeyd edək ki, aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.
Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.
Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
Yağış Bakıda yolları iflic etdi: Küçələr keçilməzdir
YAP VIII Qurultaya hazırlıqlara başladı
15 yaşlıların oxu savadlılığı zəifdir: Nazir açıqladı
Azərbaycanda 15 yaşlı qızlar oxuda oğlanları keçdi
Azərbaycan PISA-da riyazi savadlılıqda 49-cu yerdədir