İtaliyanın müxtəlif bölgələrində meşə yanğınları baş verib
İtaliyanın müxtəlif regionlarında baş verən meşə yanğınları gündəlik həyata mənfi təsir edib.
AZƏRTAC xəbər verir ki, ölkənin mərkəz hissəsindəki Oriveto şəhəri ətrafında baş verən meşə yanğını şimal-cənub dəmir yolu nəqliyyatında ləngimələrə səbəb olub.
Meşə yanğını səbəbindən paytaxt Roma ilə Florensiyanı birləşdirən həm sürətli qatar xəttində, həm də adi dəmir yolu xəttində nəqliyyatın hərəkəti dayanıb, uzun gecikmələr yaranıb.
Toskana regionunda Massarosa yüksəkliyində baş verən meşə yanğını yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün 100 nəfər təxliyə edilib. Massarosada indiyədək 360 hektar ərazi yanğından zərər çəkib.
Ölkənin şimal-şərqi ilə şimal-qərbini birləşdirən A4 magistral avtomobil yolunda Triest və Qorisiya arasındakı meşəlik ərazidə baş verən yanğın səbəbindən yolda nəqliyyatın hərəkəti dayandırılıb.
Bundan başqa, Bolzano və Palermo şəhərləri yaxınlığında da meşə yanğınları baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ