İt 81 yaşlı qadının qulağını qopardı
Zaqatalada 81 yaşlı qadının qulağını it qoparıb.
Xezerxeber.az bildirir ki, bu gün səhər saatlarında rayonun Əliabad qəsəbə sakini Pirdas İslam qızı İsrafilova heyvanları yemləyərkən ailəsinə məxsus itin hücumuna məruz qalıb.
İt qadının sol qulağını dişləyərək qoparıb. Qadın Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pirdas İsrafilovaya lazımı tibbi yardım göstərilib, qopmuş qulaq yeri cərrahi yolla tikilib.
Xəstəxanadan bildirilib ki, ötən gün saat 20:30 radələrində rayonun Yuxarıçardaxlar kənd sakini, 2012-ci il təvəllüdlü Məryəm Vüqar qızı Xəlilova da it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Məryəm Xəlilovaya lazımı yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra amblator müalicə almaq şərti ilə evə buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı