İsveçdə olan türkiyəli qız atası üçün kömək istədi, nazirlik hərəkətə keçdi - Video
İsveçin Malmö şəhərində yaşayan türkiyəli koronaviruslu xəstə Əmrullah Gülüşkən Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın göstərişi ilə Vətəninə çatdırılacaq.
“Qafqazinfo” “Sabah.com.tr”yə istinadən bildirir ki, ötən günlərdə İsveçdə yaşayan Samirə Gülüşkən adlı xanım sosial şəbəkə hesabı vasitəsilə atası Əmrullah Gülüşkən üçün Türkiyədən yardım istəmişdi. O, atasının 13 gün əvvəl xəstələndiyini və xəstəxanaya zəng etmələrinə baxmayaraq müsbət cavab ala bilmədiklərini, atasının vəziyyəti ağırlaşmağa başladıqda yenidən xəstəxanaya zəng etdiklərini demişdi:
“Təcili tibbi yardım gəldi, ancaq zəng etdiyimiz üçün bizi danladılar. Bu xəstəliyə qarşı bir şey edə bilməyəcəklərini söylədilər. Biz də bu xəstəliyin müalicəsi olmadığını, amma atamın xəstəxanada yatmalı olduğunu, bizim sağlamlığımızın da təhlükəyə atıldığını dedik”.

Samirənin paylaşımından sonra Türkiyənin Səhiyyə Nazirliyi hərəkətə keçib. 47 yaşlı koronaviruslu xəstə Əmrullah Gülüşkən və 3 övladı Səhiyyə naziri Fəxrəddin Qocanın göstərişi ilə Antalyaya yola salınıb.
Qurumun bu addımından sonra Samirə Gülüşkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Səhiyyə naziri Fəxrəddin Qocaya təşəkkür edib:
“Sosial şəbəkələrdə bizim yardım çağırışımız eşidildi. Prezident Rəcəb Tayyib Ərdoğan və Səhiyyə naziri Fəxrəddin Qoca vəziyyətə dərhal reaksiya verdilər. Buna görə onlara çox minnətdaram. Əgər onların köməyi olmasaydı, atamı Türkiyəyə göndərməzdilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ