İstirahət mövsümü başladı, Bakı-Alanya reysləri ləğv edildi
Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.
“Minval.info” Fed.az-a istinadən xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq.
“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər, amma səbəbini açıqlamayıblar. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib.
Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir.
Qeyd edək ki, Azərbaycanın AZAL və “Buta Airways” aviaşirkətləri Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində hava necə olacaq?
Azərbaycan əlifbasında dəyişiklik gözlənilmir: AMEA açıqladı
Hərbi xidmətdən azad edən xəstəliklər açıqlandı
Bakı 'Ulduz' metrosu yaxınlığında yol təmiri başladı
Azans Daşkənddə aeronaviqasiya əməkdaşlığını gücləndirir
Həmidə Ömərova seçki prosesindən narazıdır
Yanacaqdoldurma məntəqələrində həcmlə bağlı narahatlıq artır