İstirahət edən cütlükləridən pul alan saxta polisə hökm oxundu
İctimai asayişi pozmaq bəhanəsi soyğunşuluq edən Şabana 9 il cəza verildi
Özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşları soymaqda ittiham edilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizimyol.info xəbər verir ki, bir neçə cinayət əməlində təqsirləndirilən şəxsin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Eldar İsmayılovun sədrlik etdioyi kollegiyanın hökmü ilə Şaban Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə, paytaxt sakini Ülvi Abdullazadə “Ukrayna” dairəsində yerləşən parkda bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.Araşdırma zamanı məlum olub ki, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə Ş.Məmmədovun daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etdiyi məlum olub. O, əsasən parka gələrək istirahət edən cütlüklərə yaxınlaşaraq ictimai asayişi pozmaq bəhanəsi ilə pul tələb edirmiş.
Şaban Məmmədov daha əvvəl polis əməkdaşı olub və qanunsuz əməllərinə görə daxili işlər orqanlarından qovulub.
Şaban Məmmədov barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 228-ci (qanunsuz olaraq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı