İstanbuldan gələn qadın alt geyimində qızıl keçirdi - Foto
İstanbul-Bakı aviareysiylə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçən zaman saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.
“Minval.info” xəbər verir ki, daha sonra həmin şəxs əşyalarını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən yenidən saxlanılıb. Xanım vətəndaş sorğu-sual zamanı üzərində gömrük nəzarətinə bəyan olunası, gömrük nəzarətindən gizlədilmiş heç bir əşyanın olmadığını bildirib.
Lakin şəxsi yoxlamadan öncə o, əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi və alt geyimində gizlətdiyi 1 ədəd sellofan bükümü gömrük əməkdaşına təqdim etməli olub. Şəxsi yoxlama zamanı isə vətəndaşın alt geyimində daha 1 ədəd sellofan büküm aşkar olunub.
Həmin bükümlərdə isəqızıldan hazırlanan, bəzilərinin üzərində qaşlar olan 34 ədəd qolbaq və 75 ədəd boyunbağı aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatının ümumi çəkisi 386 qram təşkil edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı