İstanbulda müəmmalı ölüm: Azərbaycanlı qadının mənzilində narkotik şübhəsi
Türkiyənin İstanbul şəhərində, Kağıthane rayonunda yaşayan 57 yaşlı Azərbaycan vətəndaşı Lətifə İbadova öz mənzilində ölü tapılıb.
Minval.info xəbər verir ki, hadisə avqustun 9-da günorta saatlarında baş verib. Qadının cəsədində zorakılıq və ya kəsici alət izləri aşkar edilməyib. Ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.
Hadisə ilə əlaqədar aparılan araşdırmalar zamanı, qadınla eyni evdə yaşayan Fərhad adlı şəxsin axtarışına başlanılıb. Məlumata görə, o, polisə məlumat verilməsindən 15 dəqiqə əvvəl mənzildən çıxıb.
Mənzildə narkotik vasitə olduğu ehtimal edilən maddə də tapılıb və ekspertizaya göndərilib. Prokurorluq Azərbaycan vətəndaşının ölümü ilə bağlı araşdırmalarını davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 14 yaşlı qızın videolarını yayan şəxs 5 il həbs olundu
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Məhkəmə qərarı açıqlandı
143 milyon manatlıq mənimsəmə işi: generalın apellyasiyası rədd edildi
Bakının Xətai rayonunda 18 yaşlı gənc qətlə yetirildi
Azərbaycanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat uğurla nəticələnib
Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü
Füzulidə ata qızına təcavüz etdi: dəhşətli cinayət faktı ortaya çıxdı