"İstəyirəm ailə qurum, müğənnilikdən gedim" - Aysel
Müğənni Aysel Əlizadə Türkiyədə tanınmış prodüserlərdən təkliflər aldığını bildirib.
Sənətçi bu haqda “Hər şey daxil” verilişində deyib. O bildirib ki, təklifləri qəbul etməyib: “Türkiyədə fəaliyyət göstərmək çətindir. Amma qismət başqadır. Samsun Demir, Erdem Kınaydan təkliflər aldım ki, iş görək. Hətta müqavilə də istədilər. Amma onların təklif etdiyi müqavilə şərtlərini qəbul etmədim. Özüm getsəm, qapıları döyüb, ona-buna ağız açacaqdım.
Türkiyədə bizim müğənnilərə maraq böyükdür. Orada hər bəstəkarın öz qiyməti var. Onlara fərq etmir Tarkan gəlib, ya başqası”.
Aysel “Sevgi var həyatında” sualına belə cavab verib: “Hələ yoxdur, amma yoldadır qoxusu gəlir. Hər zaman çox olub. Gənc xanımam, sevgi olmalıdır, normaldır. Əsasən də əkizlər bürcü sevgisiz qalmır.
Hər zaman müsahibələrimdə demişəm, mənim üçün önəmli ailədir. İstəyirəm ailə qurum, uşaq olsun, müğənnilikdən gedim. Sənət bizim üçün önəmlidir, amma bunun da sonu var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
