“İstənilən adamı yerində oturtmağa qadirəm” - Roza meydan oxudu - Video
“İndi şou-biznesdə yaşananlar qalmaqal deyil. Əvvəllər planlaşdırırdılar, bir-biri ilə plan qururdular və mübahisə yaranırdı”.
Bu sözləri müğənni Roza Zərgərli musavat.com-a açıqlamasında son günlər şou-biznesdə yaşanan qalmaqallara münasibət bildirirərkən deyib.
O, haqsızlığa susa bilmədiyini də açıqlayıb: “Maşın” şoudan bilirsiniz ki, haqsızlığa susa bilmirəm. Kimliyindən asılı olmayaraq, yaş məhdudiyyəti imkan verirsə, istənilən insanı yerində oturtmağa qadirəm. Çünki hamı sussa, olmaz. Məsələlərə münasibət bildirmək lazımdır. Jurnalistlərdən də xahiş edirəm ki, diqqətli olsunlar. Onlar mədəniyyətimizi formalaşdırırlar, adekvat olsunlar. Hər şeyi yazmayaq, paylaşmayaq. Öz evinizin abrını necə qoruyursunuzsa, cəmiyyətimizin abrını da elə qoruyun. Çünki bizə baxanlar var”.
İfaçı şou əhlinin son zamanlar cəmiyyətdə baş verənlərə münasibət bildirməsinə də toxunub: “Mən ilk gündən sosial şəbəkədə yardım məqsədi ilə paylaşımlar etmişəm, hadisələrə münasibət bildirmişəm. Şou əhlinə diktə etmişəm ki, onlar da yardımlar etsinlər, baş verənlərə münasibət bildirsinlər. İndi məsələlərə münasibət bildirməyə başlayıblar. Amma bir məsələ var. Onların hamısı səmimidirmi? İnşallah hamısı hər şeyi səmimi qəlbdən edirlər”.
R.Zərgərli oğluna toy etməyə hazırlaşması barədə yayılan məlumatlara da aydınlıq gətirib: “Oğlum hərbi xidmətdədir. Sevdiyi qız var, ailələr tanışdır. Hərbi xidmətdən qayıtsın, karyerasını qursun, sonra evlənəcək. Deyirlər ki, yaxşı qayınanayam. Sonra da yaxşı qayınana olacağam. Övladlarımı xoşbəxt edənə canımı verərəm”.
https://youtu.be/7LMquWBBcrs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır