14.04.2020 - 12:22
Dünya 2 baxış

İsraildə COVID-19-a yoluxanların sayı 12 minə çatır

İsraildə son sutkada COVID-19-a 633 yoluxma faktı qeydə alınıb.

“Report” “newsru”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 7 nəfər koronavirusdan ölüb. Məlumata görə, İsraildə viusa yoluxanların sayı 11 868-ə, ölənlərin sayı isə 17-yə çatıb.

Qeyd edək ki, 180 minə yaxın israilli iki həftə evdə məcburi karantin rejimində olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: