“İsrafil Hüseynov” gəmisində partlayışda yaralanmış işçilərdən biri ölüb
Mayın 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İsrafil Hüseynov” baş verən qəzada xəsarət alan əcnəbilərdən biri dünyasını dəyişib.
Minval.info bildirir ki, bu barədə gəmini icarəyə götürən “Saipem” şirkətinin məlumatında deyilir.
“Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayış zamanı yaralanmış 11 əməkdaşlarımız (o cümlədən Azərbaycan vətəndaşları) mayın 11-də, xüsusi tibbi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndərilib.
Şirkətin yüngül xəsarət almış üç əcnəbi əməkdaşı artıq vətənlərinə yola salınıb.
“Saipem” şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan bir əməkdaş bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşların həyatına heç bir təhlükə yoxdur”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 15 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan biri evə buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 10 yaşlı oğlan zorlanıb - Pedofil yaxalandı
Onu müdafiə etmədiyinə görə ərini öldürdü
Qadın dərman içərək özünü zəhərlədi
Azərbaycanda toyda yığılan pullar OĞURLANDI
Şirvanda karantini pozan jurnalist həbs edildi - RƏSMİ
Bakı bulvarında qadın özünü dənizə atdı - Video
Sabiq icra məmuru pul yığmaq üçün özünə saxta toy edibmiş - ilginc təfərrüat