İspaniyada mənzil böhranı: Maricarmen hadisəsi ictimaiyyəti ayağa qaldırdı
Avropada getdikcə dərinləşən mənzil və kirayə böhranı İspaniyada daha da kəskinləşib. Ölkədə artan kirayə haqları və mənzil təklifinin azlığı ev sahibi olmağı çətinləşdirdiyi bir zamanda, 70 ildən çoxdur eyni evdə yaşayan 87 yaşlı Maria del Carmen Abascalın zorla çıxarılması bardağı daşıran son damla oldu. Günlərdir davam edən etirazların ardından Abascalın evinə geri dönməsi təmin edilib, hökumət isə mənzil böhranına qarşı yeni tədbirlər üzərində razılığa gəlib.
Minval.info xəbər verir ki, İspaniyanın Retiro məhəlləsində yerləşən və 1956-cı ildən bəri Maricarmenin yaşadığı ev 2018-ci ildə Urbagestion adlı investisiya şirkəti tərəfindən satın alınıb. Şirkət, aylıq 500 avro kirayə ödəyən Maricarmendən 2 min 650 avro tələb edib, sonra bu məbləği min 650 avroya endirməyi təklif edib. Lakin aylıq min 350 avro təqaüd alan və 50% əlilliyi olan Maricarmen bu məbləği ödəyə bilməyib. 87 yaşlı qadın, sentyabrın 23-də binadan sedyeylə çıxarılaraq xəstəxanaya aparılıb. Maricarmen, iki gün sonra yayımladığı mesajda, “Evimi müdafiə edə bilmədim, amma başqaları özlərinə aid olanı müdafiə etməyi öyrənsinlər. Xahiş edirəm, mübarizə edin” deyə bildirib.
Maricarmenin çıxarılması ölkə miqyasında etirazlara səbəb oldu. Madriddə şənbə günü təxminən 30 min insan artan kirayələri və zorla çıxarılmaları protesto etmək üçün yürüş etdi. “Mənzil yaşamaq üçündür” və “Bir Maricarmen daha olmasın” şüarları səsləndirildi. Sol Meydanında çadır quran protestocular, “ya rant sistemi çökər, ya hökumət” deyərək kiracıların hüquqlarının təmin edilməsini tələb etdilər.
Gərginliyin ardından protestocuların ilk “qələbə”si Maricarmenin evinə geri dönməsiylə elan edildi. Ev sahibi şirkət Urbagestion ilə əldə olunan razılaşma nəticəsində yaşlı qadının əvvəlki kirayəsinə yaxın məbləğlə səkkiz illik yeni müqavilə imzalayaraq evinə dönə biləcəyi bildirildi. Onun vəkili Beatriz Duro bu razılaşmanı “ictimai səfərbərliyin nəticəsi” olaraq dəyərləndirdi.
Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi azlıq sol koalisiya hökuməti də yeni mənzil tədbirləri ilə bağlı razılığa gəlib. Sağlıq naziri Monika Qarsiya, qanunun 2030-cu ilə qədər çıxarılma qadağası, qısa müddətli kirayələrə daha sərt qaydalar və mövcud kirayə müqavilələrinin müddətinin iki il uzadılmasını əhatə etdiyini açıqladı. İspaniya Mərkəzi Bankına görə, ölkədə təxminən 700 min mənzil açığı var və mənzil qiymətləri ilin ikinci rübündə ötən ilin eyni dövrünə nisbətən 12,2% artıb. Ölkədə kirayədə yaşayanların 2025-ci ildə maaşlarının orta hesabla 50%-ni kirayə üçün ayıracağı bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstraliyada koala qoruyucusu: Oaka adlı it yeni missiyada
ABŞ-da general və admiral vəzifələrinin sayı 20% azalacaq
Somalili quldurlar tankeri qaçırıb, ekipajı öldürdülər
Qüds erməni məhəlləsində narazılıq:
Cənubi Koreya Ukraynanı məxfilik razılaşmasını pozmaqda ittiham edir
Kim Çen Inın bacısından Cənubi Koreyaya xəbərdarlıq: qarşılıq verəcəyik