28.09.2026 - 18:03
İspaniyada mənzil böhranı: Madriddə etirazçılar çadırlar qurdu
Dünya 3 baxış

İspaniyada mənzil böhranı: Madriddə etirazçılar çadırlar qurdu

Madriddə mənzil böhranı səbəbindən etirazlar davam edir. Reuters-in məlumatına görə, Madrid bölgə başçısı İsabel Dias Ayuso bu etirazları “müqavilələrdə oyunun qaydalarını dəyişdirmək” cəhdi kimi qiymətləndirib və etirazçılara kirayə ödəmək üçün yaş məhdudiyyəti olub-olmadığını soruşub.

Minval.info xəbər verir ki, mərkəzi hökumət bu vəziyyəti sakitləşdirmək məqsədilə sabahkı hökumət iclasından sonra parlamentə yeni qanun layihəsi təqdim etməyi planlaşdırır. İspaniya Baş naziri Pedro Sançes, kirayə müqavilələrinin avtomatik uzadılması və çıxarılma qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni tənzimləmə üçün digər partiyalardan dəstək istəyib.

İqtidar partiyasının parlamentdə çoxluğu olmadığı üçün oxşar bir layihə bu ilin əvvəlində rədd edilmişdi. Gayrimenkul portalı Idealista-nın məlumatına görə, ölkədə kvadrat metr başına orta kirayə qiyməti son on ildə iki dəfə artaraq avqust ayında 15,10 avroya çatıb.

Satışa çıxarılan mənzillərin qiymətləri isə eyni dövrdə rəsmi məlumatlara görə 50 faizdən çox artaraq kvadrat metr üçün 2 min 355 avroya yüksəlib. İspaniya Mərkəzi Bankı ölkədə 750 min mənzil çatışmazlığı olduğunu və bu sayın 2028-ci ilə qədər 1 milyonu aşa biləcəyini hesab edir.

Hər il təxminən 120 min yeni mənzil inşa edilir; bu rəqəm 2008-ci il qlobal maliyyə böhranından əvvəlki səviyyənin altıda biri qədərdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: