01.10.2018 - 17:15
Dünya 3 baxış

İspaniyada etiraz dalğası yenidən alovlanıb

Kataloniya bölgəsində müstəqillik tələb edən nümayişlər başlayıb.

Minval.info xəbər verir ki, nümayişçilər yolları bağlayaraq əsas yollarda hərəkəti məhdudlaşdırıb. Yerli hüquq mühafizə orqanları nümayişlərin qarşısın almağa çalışsa da uğursuz alınıb.

Qeyd edək ki, Katalan Muxtar Respublikası müstəqillik məsələlərini uzun müddətdir irəli sürür. Keçirilən referendumlar zamanı nəticə etibarilə qazansalarda İspaniya höküməti tərəfindən qeyri-qanuni referendum elan olunub.

27 oktyabr 2017-ci ildə keçirilən referendum nəticəsində Kataloniya müstəqilliyini elan edib. Referendum zamanı aksiyalarda polis qüvvələrinin əhaliyə qarşı aqresiv davranışı bir sıra dövlətlər tərəfindən xoş qarşılanmayıb və  İspan hökümətini münaqişəni sülh yolu ilə həll etməyə çağırıb.

Emil Nəcəfli

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: