İspaniya klubunun futbolçusu Azərbaycan yığmasına çağırılıb
Azərbaycan milli komandasının (U-17) təlim-məşq toplanışı olacaq.
ONA-nın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət yığmamız aprelin 20-dən 30-dək hazırlıq keçəcək.
Toplanış Bakıda gerçəkləşəcək. Hazırlıq prosesinə 25 futbolçu çağırılıb.
Onlardan beşi ölkə xaricində çıxış edən oyunçulardır. U-17-nin düşərgəsinə Rusiya, Ukrayna, Belarus və İspaniyadan futbolçu dəvət edilib.
Azərbaycan yığmasının (U-17) heyəti: Kamran Şəbiyev (“Sabah”), Elgün Bayramov (“Neftçi”), Cavidan Izzətli (“Qarabağ”), Süleyman Damadayev (“Qəbələ”), Orxan Səlimov (“Qəbələ”), Cəlal Hüseynov (“Zirə”), David Orucov (“Dnepr”, Ukrayna”), Samir Həsənov (“Rubin”, Rusiya”), Ülvi Mədətov (“Qəbələ”), Nihad Babayev (“Səbail”), Mirəli Əhmədov (“Neftçi”), Gülağa Əsədov (“Qəbələ”), Nihat Cəfərov (“Neftçi”), Rauf Rüstəmli (“Qəbələ”), Rəsul Qistarov (Ponedelnik Akademiyası, Rusiya”), Musa Musazadə (“Qarabağ”), Vüsal Qəmbərov (“Sabah”), Mustafa Əhmədzadə (“Marcet”, Barselona, İspaniya”), Vüsal Əliyev (“Zirə”), Ümid Həmzəyev (“Qəbələ”), Rauf Ağasənov (“Səbail”), Mehrac Baxşəliyev (“Qəbələ”), Kamran Dəmirçiyev (“Molodeçno”, Belarus”), Mirmövsüm Canıyev (“Qarabağ”), Vaqif Həsənov (“Keşlə”).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı