İsmayıllıda qadınları fahişəliyə cəlb edən sahibkar tutulub
İsmayıllı rayonunda qadınları fahişəliyə cəlb edən qadın tutulub.
ONA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhərinin M.Orucov küçəsindəki 29 saylı evdə yaşayan, 1963-cü il təvəllüdlü Xəlilova Qələmnaz Abdulla qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi aşkar edilib. Məlum olub ki, Qələmnaz Xəlilova əvvəldən tanıdığı Ceyran Babayevanı və başqa qadınları pul müqabilində kişilərlə görüşdürərək qazanc əldə edib.
Müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qələmnaz Xəlilova İsmayıllı şəhərində yerləşən özünə məxsus mağaza və kafedə əvvəlcə kişilərlə görüşərək onlarla sövdələşib, sonra onların qadınlarla görüşünü rayondakı istirahət mərkəzlərində təşkil edirmiş. Qadın saxlanılaraq İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı