İsmayıllıda hamını heyrətə gətirən müəmmalı hadisənin səbəbi bilindi
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.
Minval.İnfo xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.
B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: “Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. Müayinələrin cavablarına görə, həmin heyvanlarda xəstəlik yoxdur. Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb”.
Xatırladaq ki, İsmayıllı rayonunun Girk kəndində 17 iribuynuzlu heyvanın süd vəzilərinin ön məmələri naməlum şəraitdə qoparılmışdı. Heyvan sahibləri məsələ ilə bağlı İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət edərək həmin heyvanların müayinə olunması və faktın hansı şəraitdə baş verməsinin səbəblərinin araşdırılmasını istəmişdi. İsmayıllı rayon Baytarlıq İdarəsi isə vəziyyəti araşdıraraq həmin heyvanlardan nümunələr götürüb Respublika Baytarlıq Laboratoriyasına göndərmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"