İşıq borcu olanların diqqətinə: Məlumat almaq sadələşdi
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti rəsmi internet saytının yenilənmiş variantının təqdimatını keçirib.
Minval.info publika.az-a istinadən xəbər verir ki, qurumun yeni saytı əvvəlki versiyaya nisbətən daha interaktivdir.
Təqdimat mərasimində çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirov deyib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb:
“Bu kabinet vasitəsi ilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər”.
Qurum sözçüsü saytda qeydiyyatdan keçən abunəçilərin baş verən qəzalar və kəsintilərlə bağlı da məlumat ala biləcəyini qeyd edib:
“Kabinetdə qeydiyyatdan keçən abonentlər istənilən vaxt istifadə etdiyi elektrik enerjisi, borc barədə məlumat ala biləcəklər. Abonent, həmçinin telefon nömrəsini əlavə etməklə borcu öyrənə bilər. Bununla yanaşı, abonent şəxsi kabinetdə telefon nömrəsini qeyd edərsə, hər ay onun telefonuna aylıq istifadə edilən elektrik enerjisinə görə borc barədə sms məlumat göndəriləcək. Saytda abonent kodunu yığmaqla bütün ölkə ərazisində olan istənilən mənzilərin elektrik enerji borcunu da öyrənmək olur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nardaranda 4 nəfərin batması ilə bağlı cinayət işi açılıb
İlham Əliyev Böyük Britaniyanın ixracat nazirini qəbul edib
Gürcüstandan Azərbaycana səfər edənlərin sayı azalıb
Polis əməkdaşları haqda yayılan videoya - BŞPİ-dən açıqlama
Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib
“Aşura” mərasimi keçirmək üçün məscidə daxil olmaq istəyənlər həbs edildi
Metro istifadəçilərinə şad xəbər