İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni dəstək qərarı
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara dəstək məqsədilə kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasında dəyişiklik edib.
Minval.info xəbər verir ki, bu dəyişiklik Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənib. Qərar, sahibkarların elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması kimi xidmətlərdən istifadə zamanı maliyyə yükünü azaltmağa yönəlib.
Yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyi hər il tələb olunan vəsaitlə bağlı büdcə layihəsini “Büdcə sistemi haqqında” qanunun 11.8-ci maddəsinə uyğun olaraq iyulun 1-nə qədər Maliyyə Nazirliyinə təqdim edəcək.
Bu qərar, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanı təşviq edəcək və sahibkarların fəaliyyətini dəstəkləyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada anomal isti 16 milyard avro zərərə səbəb olub
Ələt Azad İqtisadi Zonasında yeni hava limanı tikilir
Yüksəktutumlu rəqəmsal əlaqə Azərbaycana AI investisiyaları gətirə bilər
Azərbaycan və Almaniya enerji sahəsində yeni əməkdaşlıq çərçivəsi qurur
Neftin qiymətində artım müşahidə olunur
Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizini müzakirə edib
İlon Mask yenidən trilyon dollar sərvətə sahib oldu