06.10.2026 - 10:51
Azərbaycan və Almaniya enerji sahəsində yeni əməkdaşlıq çərçivəsi qurur
İqtisadiyyat 1 baxış

Azərbaycan və Almaniya enerji sahəsində yeni əməkdaşlıq çərçivəsi qurur

Azərbaycan və Almaniya arasında enerji sahəsində yeni əməkdaşlıq çərçivəsinin qurulması zərurəti yaranıb. Bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Minval.info xəbər verir ki, Elnur Soltanov Azərbaycanla Almaniyanın uzun müddətdir enerji sahəsində əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, 2026-cı ildən etibarən təbii qaz tərəfdaşlığının yeni səviyyəyə çatacağını qeyd edib. Hazırda Almaniyanın “Uniper”, SEFE və VNG şirkətləri Azərbaycan qazını alır.

Nazir müavini Azərbaycanın Xəzər dənizindəki külək enerjisi potensialının və 2032-ci ilə qədər planlaşdırılan külək və günəş layihələrinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini qeyd edib. O, bu potensialı müxtəlif marşrutlar vasitəsilə Avropa bazarlarına çatdırmağı planlaşdırdıqlarını bildirib.

Soltanov 4 giqavatlıq Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizinə dair investisiya qərarının 2029-cu ildə verilməsi və layihənin 2032-ci ildən etibarən mərhələli şəkildə istismara verilməsi planlarını açıqlayıb. O, Almaniya şirkətlərini bu layihəyə investor və strateji tərəfdaş kimi qatılmağa dəvət edib.

O, həmçinin Almaniyanın maliyyə potensialı və qabaqcıl texnologiyalarını Azərbaycanın enerji potensialı ilə birləşdirərək güclü tərəfdaşlıq qurmağın mümkünlüyünü vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: