06.10.2026 - 12:15
Rəqəmsal məktəb platforması daha 194 məktəbdə yayılacaq
Siyasət 2 baxış

Rəqəmsal məktəb platforması daha 194 məktəbdə yayılacaq

2026–2027-ci tədris ilindən “Rəqəmsal məktəb” platforması Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında da tətbiq ediləcək. Minval.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Yeni tədris ilindən Abşeron, Gəncə, Mingəçevir, Sumqayıt və Naxçıvan şəhərlərində ümumilikdə 194 məktəb bu platformaya qoşulacaq. Bu addım təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək məqsədini daşıyır.

Layihə çərçivəsində müəllimlər üçün dərs jurnallarının elektron qaydada aparılması, süni intellekt əsaslı rəqəmsal həllərə çıxış təmin ediləcək. Bu da təhsil prosesinin daha səmərəli və çevik idarə olunmasına imkan yaradacaq.

Şagirdlər və valideynlər platforma vasitəsilə müxtəlif tədris resurslarına, gündəlik cədvəllərə və qiymətlərə elektron şəkildə çıxış əldə edəcək. Bu imkanlar təhsil iştirakçılarının məlumatlara daha asan və operativ şəkildə çatmasına şərait yaradacaq.

Platformanın genişləndirilməsi ilə ölkədə rəqəmsal təhsil imkanlarının daha da artırılması və vahid rəqəmsal təhsil ekosisteminin formalaşdırılması hədəflənir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: