06.10.2026 - 09:06
Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizini müzakirə edib
İqtisadiyyat 3 baxış

Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizini müzakirə edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını və ikitərəfli yük daşımalarının genişləndirilməsini müzakirə ediblər.

Minval.info xəbər verir ki, bu məsələlər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin iclasında ətraflı şəkildə müzakirə edilib.

Tərəflər ticarət, iqtisadiyyat, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində də danışıqlar aparıblar.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinə xüsusi diqqət yetirilib. Həmçinin, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.

Şahin Mustafayev və Aleksey Overçuk ən yüksək səviyyədə əldə edilən razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasının qərarlarının icrasını da nəzərdən keçiriblər.

Tərəflər, Azərbaycan və Rusiya üçün praktik maraq doğuran qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə də fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: