İşğaldan azad edilən yerlərdə aqrar sahə ilə bağlı işlərə başlanıldı
“Gələcəkdə işğaldan azad edilən torpaqlarda aqrar sahənin inkişaf etdirilməsi nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda ilk aqrar siğorta mexanizminin fəaliyyətə başlamasına həsr edilmiş tədbirdə bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı hesablamalara və fəaliyyət planlarının hazırlanmasına başlanılıb.
Nazir əlavə edib ki, Ermənistan Azərbaycanın mülki əhalisini hədəfə alır: “Bu xain hücümlar nəticəsində yüzə yaxın mülki şəxs həlak olub və yaralanıb. Yaralanan və ölənlər arasında xeyli sayda fermerlər də var. O cümlədən, fermerlərin evlərinə, təsərrüfatlarına, mal-qarasına külli miqdarda ziyan dəyib. Ermənistanın aqressiyası aqrar sahəyə mənfi təsir göstərir. Təmas xəttində yerləşən xeyli sayda mal-qara təlaf olub, yem ehtiyatları yandırılıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ermənistanın davam edən aqressiyası yüz mindən çox fermerin həyatına mənfi təsir göstərib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər