İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar - SİYAHI
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsinə dair xəbər yayılıb. İddialara görə, sabiq rektorun qan təzyiqi kəskin artıb və həyatı üçün ciddi təhlükə yaradıb. Bu səbəbdən onu təcili olaraq reanimasiyaya yerləşdiriblər.
Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.
Azxəbər.com vəzifədən azad edildikdən sonra səhhətində ciddi problem yaranan məmurlarla bağlı araşdırma aparıb.
Prezident İlham Əliyevin 2017-ci ilin dekabr ayında vəzifədən azad etdiyi sabiq Vergilər naziri Fazil Məmmədov çoxsaylı xəstəliklərdən əziyyət çəkir. Əsasən kəskin pankreatit (mədəaltı vəzi xəstəliyi) xəstəliyindən əziyyət çəkən sabiq nazirin hazırda xaricdə müalicə olunduğu bildirilir. Bir neçə gün öncə isə onun dünyasını dəyişməsinə dair informasiya yayılmışdı. Sonradan bu informasiya təkzib olunsa da, keçmiş nazirin vəziyyətinin ürəkaçan olmadığı deyilir.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gözlərdəki bu əlamətlər koronavirusun simptomları ola bilər
"Mado" restoranında iyrənc mənzərə - Fotolar
Bakıda klinikada dəhşət - Əməliyyat zamanı uşağın şah damarını kəsdilər
Qarabağdakı sülhməramlılar arasında ermənilər də var
Şəhid anasını bu vədlə aldadıb 11 min manat aldı...
