İş adamı Qarabağ qazilərini müalicə üçün Türkiyəyə apardı
İş adamı Fizuli Məmmədovun rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Fondu Qarabağ qaziləri Fərəc Cəfərov və Aqil Əhmədovun Türkiyədə müalicəsini üzərinə götürüb. Mayın 14-də hər iki qazi İstanbul Acıbadəm xəstəxanasına yerləşdirilib. Bu haqda xəbəri Musavat.com Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun mətbuat xidmətindən alıb.
Mayın 15-də Fizuli Məmmədov hər iki qazini ziyarət edib, xəstəxananın tibb personalı ilə danışıqlar aparıb. Mədəniyyət Fondundan verilən xəbərə görə, Fərəc Cəfərov qan xərçəngindən əziyyət çəkir. Azərbaycanda ilkin müalicə zamanı həkimlər ona ilik nəqli köçürülməsini məsləhət görüblər. Qazinin ilik nəqli və sonrakı müalicə kursu Acıbadəm xəstəxanasında gerçəkləşdiriləcək.
Aqil Əhmədov isə 1997-ci ildə keçirilən kəşfiyyat əməliyyatı zamanı yaralanıb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə 8 Azərbaycan kəşfiyyatçısı mühasirəyə düşür. 3 günlük döyüşdə düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edən kəşfiyyatçılar əsir düşməmək üçün son qumbaraları ilə özlərini partladırlar. Onlardan yalnız Aqil Əhmədov sağ qalır. Ağır yaralanan kəşfiyyatçı əsir düşür. Prezident Heydər Əliyevin Qızıl Xaç Komitəsi xətti ilə apardığı danışıqlardan sonra o, erməni zabiti ilə dəyişdirilir. Azərbayanca gətiriləndə onun Ermənistanda ağır işgəncələr gördüyü bəlli olur. Sağlamlığında ciddi problemlər olan qazi davamlı müalicələr alsa da son dönəmlər ağırlaşmalar baş verib və müalicəsi üçün Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna müraciət edib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Yada salaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda xidmətlərinə görə, Fizuli Məmmədov Aqil Əhmədova mənzil də bağışlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda

