İş adamı Bakının mərkəzində özünü yandırdı
Bu gün günorta saatlarında sahibkar, “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırmağa cəhd edib.
Virtualaz.org-un məlumatına görə, idarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar.
Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq.
İntihara cəhd edən sahibkar Mədət Quluzadə özü isə bildirib ki, İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələr) müəmmalı şəkildə yoxa çıxıb. Onun sözlərinə görə, məhkəmə bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq “Ulduz-Elektron” MMC-yə ödənilsin. Amma o hələ də kompensasiyanı ala bilməyib.
M. Quluzadə deyib ki, təzminat məsələsinə görə, hazırda gətirdiyi yüklər də gömrük nəzarətindən buraxılmır: “Mən bu gün Bakı Baş Gömrük İdarəsinə getdim ki, mallarımı götürüm. Amma onlar mənim bütün mallarımı plomblayıblar. Başqa çıxış yolum qalmadığı üçün intihara cəhd etdim”.
DGK-nin mətbuat xidmətindən isə bildirilib ki, sahibkarın dedikləri həqiqəti əks etdirmir və yalandır.
Mədət Quluzadə hazırda 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsindədir. Vəziyyəti ağır kimi qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı