İraqda toqquşmalarda onlarla insan xəsarət aldı
İraqın cənubundakı Nəcəf əyalətinin eyniadlı şəhərində nümayişçilərlə nüfuzlu şiə siyasətçisi və dini lider Müqtəda əs-Sədrin tərəfdarları arasında toqquşmalar olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Al-Sumaria” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, toqquşmalar zamanı azı 85 nəfər xəsarət alıb.
“85 nəfərin xəsarəti qeydə alınıb, onlardan bəziləri əyalət mərkəzi Nəcəfdə ciddi yaralanıb”, – mənbə telekanala bildirib.
İraqda 2019-cu ilin oktyabrından davam edən etirazların gedişatında nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ölkə prezidentinin sözlərinə görə, toqquşmalar və qarışıqlıqlarla müşayiət edilən etiraz aksiyaları nəticəsində 600-dən çox insan həlak olub, təxminən 50 min nəfər xəsarət alıb. Bu, 2003-cü ildə sabiq dövlət başçısı Səddam Hüseynin devrilməsindən İraqda ən genişmiqyaslı etiraz aksiyalarıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu