İranın İdman naziri "Traktor"u deyil, rəqibini təbrik etdi - QALMAQAL
İranın İdman naziri Məsud Sultanifər İran kubokunu qazanan “Traktor” futbol komandasını təbrik etmədiyi halda bu komandaya uduzan Tehranın “İstiqlal” komandasını təbrik edib.
Bu barədə açıqlama verən “Traktor” futbol klubunun sahibi Məhəmməd Rza Zunuzi nazirin yola verdiyi ayrı-seçkiliyi tənqid edib.
“İdman naziri İstiqlal komandasını ikinci olması münasibətilə təbrik etdiyi halda “Traktor”un qələbəsini təbrik etməkdən imtina edir. “Traktor”un çempionluğundan sonra “İstiqlal” klubunun problemlərindən danışır. Hansısa bir idman verilişində çıxış edərək bu komandanın məğlub olmasının səbəblərini təhlil edir. Bumudur ədalət? Çox təəssüf edirəm!,”- deyə İranın “İdman” radiosuna açıqlama verən Zunuzi bildirib. Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars şovinistlərinin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi komandaların bütün görüşlərində “Traktor” komandası və mənsub olduğu Azərbaycan türk milləti kobud şəkildə aşağılanır. Rejimin sistemli şəkildə yol verilən təhqirlərə səssiz qalması vaxtaşırı soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb. Lakin bu istiqamətdə hər hansı addım atılmayıb.
Azərbaycan təmsilçisinin İrandakı “iki qütblü futbol anlayışını” dəyişdirdiyini deyən Zunuzi əlavə edib ki, “Traktor” klubunu artıq görməzdən gəlmək olmaz.
“Nə üçün nazir 80 milyona aid tribundan xüsusi komandaları (İstiqlal və Perspolis) dəstəkləməlidir? Paytaxtdan olmayan klubların haqqını müəyyən klublara qurban vermək ədalətsizlikdir,” deyə “Traktor” futbol klubunun sahibi vurğulayıb.
Xatırladaq ki, sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traktor” Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.
“Traktor”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan “Traktor” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər.
“Traktor”un çempionluğundan sonra Türkiyənin bir çox tanınmış siyasi və ictimai xadimi, o cümlədən Ankara bələdiyyə başçısı Mansur Yavaş, “İYİ” Partiyasının rəhbəri Meral Akşener, İstanbul millət vəkili Ümit Özdağ və Milliyyətçi Hərəkat Partiyasının üzvü və İstanbul millət vəkili Lütfü Türkkan bu qələbəni təbrik edərək güney azərbaycanlılara dəstək veriblər.
Həmçinin Türkiyədə #TebriklerTraktör həştəqi Twitterdə əsas trend olub.
Mənbə: GünAzTV
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 19 yaşlı əsgər özünü türmədə güllələyib öldürdü
12 yaşında təcavüzə uğrayan Aytacın - Dəhşətli həyatı
Səfər Mehdiyevin qaynı sərbəst buraxıldı
Partlayışdan sonraki son vəziyyət - Rəsmi açıqlama
Bakıda oğul atasını homoseksual olduğu üçün yandırdı — ŞOK TƏFƏRRÜATLAR
COVID-19-un müalicəsi üçün vaksin hazırlandı
"Fatehlik təkcə Qarabağla bitməyəcək"