İrandan Türkiyəyə dəstək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı addımını pisləyib.
Oxu.az İTAR-TASS agentliyinə istinadən bildirir ki, bu barədə İranın XİN rəhbəri bu gün özünün “Twitter” hesabında yazıb.
“Trampın NATO-da müttəfiqi olan Türkiyəyə iqtisadi ziyan vurması utancvericidir. ABŞ sanksiya və təzyiq siyasətindən əl çəkməlidir, əks halda bütün dünya birləşəcək və ABŞ-ı bunu etməyə məcbur edəcək, və söhbət yalnız şifahi məzəmmətdən getmir. Biz əvvəllər də qonşularımızı dəstəkləmişik, və indi də dəstəkləyirik”, – deyə M.C. Zərif bildirib.
Bundan əvvəl “Reuters”in İran mətbuatına istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasının 73-cü sessiyasında İran rəsmiləri ilə ABŞ nümayəndələri arasında görüş, xüsusilə də ABŞ dövlət katibi Maykl Pompeo ilə İran XİN rəhbəri M.C. Zərif danışıqlar planlaşdırmırlar.
Daha əvvəl İran Prezidentinin ofisindən bildirilmişdi ki, Həsən Ruhani ilə Trump arasında görüş keçirilmək üçün əsası yoxdur.
Qeyd edək ki, avqustun 10-da ABŞ Türkiyədən alüminium və polad idxalına rüsumları müvafiq olaraq, 20 və 50%-dək artırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər