İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü
Altı uşaq anası su anbarına düşərək boğulub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə səhər saat 08 radələrində Astaranın Kijəbə qəsəbəsində baş verib.
Belə ki, Dürriyə kənd sakini, 48 yaşlı Ağabacı Məmmədova əri ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq qərarına gəlib.
Bu məqsədlə qadın yaxınlıqdakı Lovayın su anbarına gedib. Həyat yoldaşının gec qayıtmasından narahat olan Bəşir Əzizov anbara yaxınlaşanda A.Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. O, dərhal qadının cansız bədənini sudan çıxarıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə altı nəfər boğulub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı