İran xəzər dənizinin konvensiyasını qəbul etməyə hazırdır: Daxili siyasət və beynəlxalq gərginliklərin təsiri
İran hökuməti, 2018-ci ildə Aktau şəhərində imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı, 8 il sonra ratifikasiya üçün İslam Məşvərət Şurasına təqdim edib.
Minval.info xəbər verir ki, iyulun 22-də Nazirlər Kabineti tərəfindən təsdiqlənən sənədin, yaxın zamanda parlamentdə müzakirə edilərək qəbul olunması gözlənilir.
Bu sənəd, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri tərəfindən imzalanmışdı. Lakin İran, daxili siyasi müzakirələr və pay bölgüsü ilə bağlı narahatlıqlar səbəbindən ratifikasiya prosesini gecikdirmişdi.
İranın bu məsələdə birdən-birə mövqeyini dəyişməsinin səbəbləri nə ola bilər? Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, İranın bu addımı, ölkənin mövcud daxili vəziyyəti ilə əlaqədardır. Tehranın bu məsələdə yumşalmasına, ABŞ ilə olan gərginlik və Ukrayna-Rusiya münaqişəsi də təsir göstərmişdir.
Konvensiyada gəmiçilik məsələləri də daxil olmaqla müxtəlif məsələlər öz həllini tapıb. Hazırda Ukrayna dronlarının Rusiyaya doğru hərəkət edən İran gəmilərinə hücum etdiyini müşahidə edirik ki, bu da İran mallarına ziyan vurur. ABŞ və İsrailin İranla qarşıdurması, eləcə də Ukrayna ilə Rusiya arasındakı müharibə, Xəzər regionunda gərginliyin artmasına səbəb olur. İranın Konvensiyanı ratifikasiya etməyə meylli olması da bu səbəblərlə bağlıdır.
Gəmiçilik qaydalarına gəldikdə, İran əvvəllər bu qaydaları qəbul etmirdi. İndi isə Xəzəryanı ölkələrin sərbəst gəmiçiliyindən faydalanmaqda maraqlı olduğunu göstərmək istəyir. Bölgü məsələsində də İranın mövqeyi dəyişməkdədir.
ƏLAQƏLİ
VACİBMəhkəmə qərarı var, dəmir hasar isə sökülmür! - Əsabil Qasımova məktub göndərildi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb