İrəm Dərici Bakıda dekolteli geyimi ilə diqqət çəkdi - Fotolar
Türkiyənin sevilən ifaçısı İrem Derici Bakıda “Elektra Hall” səhnəsində sevənləri ilə görüşüb.
Minval.info xəbər verir ki, bir aydır konsertlərinin anonsları yayımlanan ifaçının gecəsinə minlərlə sevəni toplanıb. Konsertdən öncə isə İrem Derici yerli media nümayəndələri ilə görüş keçirib. O, öncəliklə makiyajı üzərində çalışan dünyaca məşhur stilist Anar Ağakişiyev haqqında danışıb: “Əminliklə söyləyə bilərəm ki, Anar Azərbaycanın bir nömrəli makiyaj ustasıdır. Ya rəbbim, o necə insandır?! Bir saatın içində makiyajı, saçımı hazırladı. Onu sizlərdən oğurlayacam”. Daha sonra isə müğənni türk kişilərindən bezdiyini və azərbaycanlı bir bəylə ailə həyatı qurmaq istədiyini dilə gətirib: Sizin ölkənizdə çox kübar kişilər var. Artıq türklərdən bezmişəm və bir azərbaycanlıyla evlənmək istəyirəm. Aşiq olsam, atamı-anamı tanımaram. Sevgiyə görə, Bakıda yaşaya bilərəm. Əsas onun ağıllı və intellektual olmasıdır. Derici gecə ərzində “Zorun ne sevgilim”, “Aşkımız olay olacak”, “Tek tabanca”, “Acemi balık”, “Bazı aşklar yarım kalmalı”, “Aşk eşitdir biz”, “Kalbimin tek sahibine” və sair kimi mahnılarını ifa edib. İki saat ərzində sevilən mahnılarını ifa edən Dericinin konserti “Kirli Kedi” və “Atlantis” tərəfindən təşkil olunub. Konsertin prodüseri isə Vüqar Azəroğludur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi



