"İnstitutdan qovulmaqdan qorxmadan mitinqə gedirdim"

Xalq artisti Brilliant Dadaşova 17 Noyabr Dirçəliş günü ilə bağlı paylaşım edib.
Minval.info xəbər verir ki, müğənni tələbə vaxtlarından dərsdən qaçıb mitinqlərə qatıldığını vurğulayıb:
“İnstitutdan bir başa mitinqə getmişdik – 17 Noyabr 1988-ci il. Topxana meşəsini heç vaxt görməmişdim – onun dağıdılmasına görə qəlbimdə bu qədər şiddət hardan idi onu da anlamırdım. İnstitutdan qovulmaqdan belə qorxmadan mitinqə qatılmaq, səsimizi ucaltmaq, etiraz etmək istəyim yəqin ki, özümüz də bilmədən Vətənə olan sevgidən irəli gəlirdi. Bu sevgi dünyaya göz açdığımız gün bizimlə birgə doğulur. Bu gün yenə şəhid verdik, başı bəlalı Vətənimiz, başın sağ olsun”.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!