“İnsan bir-birini bu qədər sevməz”

Müğənni Roza Zərgərlinin mənəvi oğlu, aktyor Corc Qafarov mərhum anası Leyla Qafarova ilə bağlı paylaşım edib.
Minval.info xəbər verir ki, aktyor anasının ölüm ildönümündə onunla bağlı bu sözləri yazıb:
“Mələyim anam, ruhun şad olsun. Səni hər an, hər saniyə hiss edirəm. Səni görürəm, səni duyuram, səni bütün bədənimdə hiss edirəm. Hər yerdə sən, sən, sən, yenə də sən. Elə bil məni buraxmaq istəmirsən. Bizim aramızda olan sevgi çox möhtəşəmdir. İnsan bu qədər bir-birini sevməz. Bizim aramızdakı bağlılığı bir sən, bir mən bilirəm. Səni o qədər çox istəyirəm ki, o qədər çox sevirəm ki, ağılasığmaz bir duyğudur. Mən sənəm və sən məndə yaşayırsan. Bir gün hamımız sənin görüşünə gələcəyik, ana! Sevgilərlə! Ruhun şad olsun, mələyim Anam! Allah rəhmət eləsin, rahat uyu”.
Qeyd edək ki, Corc və qardaşı Jerard uşaq evində böyüyüb. R.Zərgərli onları övladlığa götürüb. Corc hazırda aktyorluq sənəti ilə məşğuldur. O, “Ata ocağı” serialında oynayır.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!