İnqilab istəmirəm, ancaq hakimiyyət dəyişməlidir
Gürcüstanda hakimiyyətin inqilabla deyil, növbədənkənar seçkilərlə dəyişdirilməsinin tərəfdarıyam.
Bu sözləri Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.
“İnqilab olmasını istəməzdim, lakin növbədənkənar seçkilərlə hakimiyyətin dəyişməsini istərdim”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, hakimiyyət seçki yolu ilə legitimləşdirilməlidir, əks halda daimi gərginlik olacaq.
Müsahibə zamanı Giorgi Marqvelaşvili ölkəsində deoliqarxizasiya problemi və Bidzina İvanişvili haqqında danışıb:
“Mən bildiyimə görə, o, (İvanişvili) Gürcüstanda pul qazanmır. Onu mühakimə edəcək bir şey yoxdur. Onun qadağan ediləcək nəyisə yoxdur. Ona görə bunun absurd olduğunu deyirəm. Əgər bu insanın kriminalla əlaqəsi yoxdursa, nəyə görə onu cinayətdə ittiham edirik?! Ona yüksək çinli məmurlar, baş nazir, nazirlər zəng edir, o da cavab verir deyə?!”**Axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstanda beş uşaq koronavirusa yoluxub
Ordu generalı Arif Çetin: “Bu dağlar terrorçulardan təmizləndi…”
Pizza və makaronlu dietlə 32 kq arıqladı
Aprelin 23-ü dünyada son günümüz ola bilər
Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü
İranın xarici işlər naziri Yaponiyaya gedir