"İndi necə deyim ki, cənnət anaların ayaqları altındadır?"
Aparıcı-prodüser Tarix Əliyev “Ümid ilə gəl” verilişində (Tolik) bu gün sellofan torbaya qoyularaq küçəyə atılan uşağın ölümündən danışıb.
Axşam.az xəbər verir ki, aparıcı körpənin anasını tənqid edərək ona ağır cəza verilməsini istəyib:
“Bu günlərdə analıq hissinə yad olan şeylərlə rastlaşırıq. Bu şəkildən sonra dəhşətə gəldim. Bir ana qışın oğlan çağında uşağı sellofanın içində yol kənarına qoyub necə gedər bilərmiş? Mən bu şeydən sonra indi necə deyim ki, cənnət anaların ayaqları altındadır. Hər uşaq dünyaya gətirənə ana demək olmaz. Bu övladı Allah nəsib edibsə, ona baxa bilmirsinizsə, aparın polis bölməsinin qarşısına qoyun. İt öz balasını soyuqda qoynuna alır ki, şaxtada donmasın. Siz necə anasınız? belə analıq edənlər edam olunmalıdır. Bəlkə də bu uşaq böyüyüb vətənə xeyirli övlad olardı. Heç olmasa, gətirib mənim qapıma qoyardın, onu yaşadardım. Ay analıq adına ləkə olan qadın, heç olmasa, ədyala bükərdin”.
Qeyd edək ki, bu gün Masazırda sellofan torbaya qoyularaq yolun kənarına atılan körpə meyiti tapılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi