“İndi bir məmurun qapısına yaxın düşmək olmur”

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.
Minval.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri ümummilli liderlə bağlı paylaşım edərək onu anıblar. Sənət aləminin tanınan simaları da H. Əliyevi yad edib.
Xalq artisti Brilliant Dadaşova instaqramda paylaşıb edərək bu sözləri yazıb:
“Bizə bu qısa həyat meyarında ümid verən atalarımızı ömrümüzün sonunadək unutmayacağıq. Heydər Əliyev qayıdışı ilə ümidlərimizi yenidən bərpa etdi. Qapılar üzümüzə açıldı. Heydər ata, heyif ki, yoxsan. İndi bir məmurun qapısına düşmək olmur. Heç telefonlarımıza cavab verməyi özlərinə yaraşdırmırlar. Bəlkə də şəxsi mədəniyyəti, musiqi savadı olmayan təsadüfi insanların səhnələrdə tüğyan etdiyi dövrdə yaşadığımız üçün əsl incəsənətə qulluq edənlər də bu cür hörmətsiz, urvatsız vəziyyətə gəlib çıxdılar. Yalnız onu bilirəm ki, qəlbimizdə daim yaşayacaqsan, Heydər ata”.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır