İnam Kərimov yeni sədr təyin etdi - Foto
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib.
V.Hüseynovun sözlərinə görə, bu vəzifə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
Qeyd edək ki, Aqil Quliyev bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışır.
“Aqrar Tədarük və Təchizat” ASC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu qurum eyni Fərmanla ləğv edilən “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Fərmana əsasən, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ